Qarabağda daha bir layihənin icrasına başlanılır – 2 milyon manat ayrıldı

Azərbaycanın azad olunmuş şəhər və rayonlarında bərpa-quruculuq işləri sürətlə davam etdirilməkdədir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu tədbirlərin davamı kimi Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işlərinin həyata keçirilməsinə başlanılır.
Belə ki, artıq bununla bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıq işlərini yekunlaşdırıb.
Məlumata görə, kənddə daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işləri yaşayış məntəqəsinin yenidən qurulması layihəsi çərçivəsində icra olunacaq.
Qurum sözügedən işlərin icrasını "Az Technocon Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2 milyon manat ödənilib.
Xatırladaq ki, bir neçə müddət əvvəl kənd yaşayış məntəqəsində qaz, su, elektrik, eləcə də yol, səki və yaşıllaşdırma işləri start götürüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре