https://news.day.az/azerinews/1728910.html
Tramp şahzadə Harrini deportasiya etməyəcəyinə söz verdi
ABŞ prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrini, onun vizasına görə məhkəmə prosessinə baxmayaraq, deportasiya etmək fikrində olmadığını bildirib. Day.Az-ın məlumatına görə, bu barədə "The New York Post" nəşri xəbər verib.
"Mən bunu etmək istəmirəm. Mən onu rahat buraxacam.
Tramp şahzadə Harrini deportasiya etməyəcəyinə söz verdi

ABŞ prezidenti Donald Tramp Britaniya şahzadəsi Harrini, onun vizasına görə məhkəmə prosessinə baxmayaraq, deportasiya etmək fikrində olmadığını bildirib.
Day.Az-ın məlumatına görə, bu barədə "The New York Post" nəşri xəbər verib.
"Mən bunu etmək istəmirəm. Mən onu rahat buraxacam. Onun həyat yoldaşı ilə olduğu kimi kifayət qədər problemləri var", - deyə D.Tramp bildirib.
D.Tramp həmçinin Harrinin böyük qardaşı vəliəhd şahzadə Uilyamı tərifləyərək onun "yaxşı gənc olduğunu" deyib. Amerika prezidenti Uilyam ilə dekabrda Parisdə Notr-Dam kilsəsinin açılışı münasibətilə keçirilən mərasimdə görüşüb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре