Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana rəsmi səfəri martın 14-də başa çatıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şimali Makedoniya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.