https://news.day.az/azerinews/1755775.html
Gimnastlarımız batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar - FOTO
21-24 may tarixlərində Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış edərək iki medal qazanıblar.
Gimnastlarımız batut gimnastikası üzrə beynəlxalq turnirdə iki medal qazanıblar - FOTO
.jpg)
21-24 may tarixlərində Rusiyanın Krasnodar şəhərində keçirilmiş batut gimnastikası üzrə beynəlxalq turnirdə gimnastlarımız uğurla çıxış edərək iki medal qazanıblar.
Gimnastika Federasiyasından Day.Az-a verilən məlumata görə, yeniyetmələr yaş kateqoriyasında ölkəmizi təmsil edən Ömər Qasımlı və Fərhad Mustafayev sinxron proqramda 42.850 xalla gümüş medalın sahibi olublar.
Böyüklər yaş kateqoriyasında çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov isə sinxron proqramda 49.300 xal toplayaraq bürünc medala layiq görülüblər.
Gimnastlarımızı təbrik edir, qarşıdakı yarışlarda da yeni nailiyyətlər arzulayırıq!
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре