Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunması bütün region üçün faydalı olacaq - Ərdoğan

Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunması bütün region üçün faydalı olacaq.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılış mərasimində çıxışı zamanı bildirib.
O, Qarabağın azad edilmiş ərazilərində aparılan işlərin əhəmiyyətini vurğulayıb.
"Füzuli və Zəngilandan sonra qardaşım Prezident İlham Əliyevlə birlikdə Laçın beynəlxalq hava limanını açdıq. Qarabağ işğaldan azad edildikdən sonra bölgədə genişmiqyaslı bərpa və inkişaf kampaniyası davam edir", - deyə Ərdoğan qeyd edib.
O, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasının həm region, həm də bütün İslam aləmi üçün xeyirli olacağına ümid etdiyini bildirib:
"Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması bu təşəbbüslərin hər kəsə fayda verəcək. Uca Allah birliyimizi və Azərbaycanla qardaşlığımızı daha da möhkəmləndirsin", - deyə prezident vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре