https://news.day.az/azerinews/1780142.html Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər - AÇIQLAMA "Daimi ağız quruluğu kserostomiyanın simptomu ola bilər". Day.Az Milli.Az-a istinadən xəbər verir ki, rusiyalı terapevt Senislava Çeşulina ağızda davamlı quruluğun səbəbinin kserostomiya ( tüpürcək ifrazının azalması və ya dayanması ) olduğunu açıqlayıb.

Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər - AÇIQLAMA

Azərbaycanca, 14 сентября 2025 05:31 (UTC +04:00) 466
Daimi ağız quruluğu bu xəstəliyin əlaməti ola bilər

"Daimi ağız quruluğu kserostomiyanın simptomu ola bilər".

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, rusiyalı terapevt Senislava Çeşulina ağızda davamlı quruluğun səbəbinin kserostomiya ( tüpürcək ifrazının azalması və ya dayanması ) olduğunu açıqlayıb.

"Bu vəziyyət bəzən dərmanlar, şəkərli diabet, revmatoid artrit, Şegren sindromu və radioterapiya nəticəsində yaranır. Yaşlı şəxslər, siqaret çəkənlər və ağızla nəfəs alanlar risk qrupundadır.

Əlamətləri sırasında daimi ağız quruluğu, udmaqda çətinlik, qida dadının dəyişməsi, qalın və köpüklü tüpürcək var. Müalicə olunmadıqda diş çürükləri, damaq iltihabı və həzm problemləri yarana bilər. Narahatlıq zamanı kofe, duzlu və ədviyyatlı qidalar məhdudlaşdırılır", - həkim söyləyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости