https://news.day.az/azerinews/1783667.html Azərbaycan xalqı qəhrəman şəhidlərini anır - FOTO Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür. Day.Az xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar İkinci Şəhidlər xiyabanını ziyarət edirlər. Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür.

Azərbaycan xalqı qəhrəman şəhidlərini anır - FOTO

Azərbaycanca, 27 сентября 2025 09:15 (UTC +04:00) 547
Azərbaycan xalqı qəhrəman şəhidlərini anır

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından beş il ötür.

Day.Az xəbər verir ki, səhər saatlarından etibarən vətəndaşlar İkinci Şəhidlər xiyabanını ziyarət edirlər. Bakıda və bölgələrdə torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarının xatirəsini yad edilir, məzarları üstə qərənfillər düzülür.

Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.

Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

  • Azərbaycan xalqı qəhrəman şəhidlərini anır

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости