Bakıda İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü start götürüb - FOTO

2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə COP29-un prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.
Tədbirdə Azərbaycanın günəş energetikasında, dəniz (offşor) külək energetikasında, "mavi" və "yaşıl" hidrogen istehsalında, həmçinin geotermal enerjidə potensialının araşdırılması, iqlim dəyişikliyinə qarşı dayanıqlılığın beynəlxalq əməkdaşlıq vasitəsilə artırılması, vədlərdən fəaliyyətə: korporativ dayanıqlılıq vasitəsilə COP29 irsinin təşviqi mövzuları müzakirə olunacaq.
Xəbər yenilənir
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре