https://news.day.az/azerinews/1784338.html
Cabir İmanovun cənazəsi Cümə məscidinə gətirildi - FOTO - VİDEO
Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. Day.Az unikal.az-a istinadən xəbər verir ki, mərhumun nəşi Göy məscidə gətirilib. C.İmanovun ailə üzvləri və sənət adamları məscidin önünə toplaşıb. Sabah 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq.
Cabir İmanovun cənazəsi Cümə məscidinə gətirildi - FOTO - VİDEO

Əməkdar artist Cabir İmanovun cənazəsi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum sənətkarın yaxınları cənazə namazında iştirak etmək üçün məscidin həyətinə toplaşıblar.
Birgə namazdan sonra Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçiriləcək.
Qeyd edək ki, Cabir İmanov ötən gün 49 yaşında ürəktutmadan vəfat edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре