Milli Məclisin sədri Sahibə Qafarova Misirə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərinə işgüzar səfərə gəlib.

Parlamentdən Trend-ə verilən məlumata görə, qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.