https://news.day.az/azerinews/1795391.html Enerji içkisinə görə şikəst qaldı Sankt-Peterburqda 22 yaşlı gənc uzun illər enerji içkilərindən istifadə nəticəsində ciddi sağlamlıq problemi ilə üzləşib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qeymer (komputerdə uzun müddət video oyun oynayan şəxs ) həyat tərzi keçirən gənc hər gün bir neçə banka enerji içkisi içərək uzun oyun sessiyalarına davam edirmiş.

Enerji içkisinə görə şikəst qaldı

Azərbaycanca, 15 ноября 2025 01:34 (UTC +04:00) 392
Enerji içkisinə görə şikəst qaldı

Sankt-Peterburqda 22 yaşlı gənc uzun illər enerji içkilərindən istifadə nəticəsində ciddi sağlamlıq problemi ilə üzləşib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qeymer (komputerdə uzun müddət video oyun oynayan şəxs ) həyat tərzi keçirən gənc hər gün bir neçə banka enerji içkisi içərək uzun oyun sessiyalarına davam edirmiş. Nəticədə onun pankreası özünü həzm etməyə başlayıb və sıradan çıxıb.

Tibbi müayinə zamanı gəncə əvvəlcə ağır xroniki pankreatit diaqnozu qoyulub, vəziyyəti isə getdikcə pisləşib. Orqanizm pankreası qoruyan fermentləri ifraz edə bilmədiyi üçün daxili toxumalar zədələnib və pankreas tamamilə məhv olub.

Xəstəlik həmçinin gəncin sinir sisteminə təsir edərək polineyropatiyayə səbəb olub və nəticədə onun ayaqları iflic vəziyyətə düşüb. Hazırda gənc rehabilitasiya alır və yenidən yeriməyi öyrənir.

Həkimlər bildirirlər ki, energetik içkilərin uzunmüddətli istifadəsi ciddi pankreas, sinir və ürək-damar problemlərinə yol açır və sağlamlıq üçün yüksək risk təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости