https://news.day.az/azerinews/1797292.html Argentina G20-nin yekun sənədini dəstəkləməyib Argentina Cənubi Afrikada keçirilən sammitdə G20-nin yekun sənədini dəstəkləməkdən imtina edib. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb. "Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib", - bəyanatda deyilir.

Argentina G20-nin yekun sənədini dəstəkləməyib

Azərbaycanca, 23 ноября 2025 11:02 (UTC +04:00) 334
Argentina G20-nin yekun sənədini dəstəkləməyib

Argentina Cənubi Afrikada keçirilən sammitdə G20-nin yekun sənədini dəstəkləməkdən imtina edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.

"Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib", - bəyanatda deyilir.

Həmçinin qeyd olunub ki, bu qərar G20-nin fəaliyyətini tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə bağlıdır. "Ölkəmiz təəssüflənir ki, yekun sənəd bütün forum üzvlərinin, o cümlədən Argentina və digərlərinin konsensusu olmadan təsdiq edilib", - deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости