https://news.day.az/azerinews/1802151.html Evinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı - VİDEO Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb. DİN-in Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib.

Evinə gedən qadını hədələyərək pulunu aldı - Tərtərə qaçdı - VİDEO

Azərbaycanca, 13 декабря 2025 13:54 (UTC +04:00) 367
Evinə gedən qadını hədələyərək pulunu aldı

Bakının Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

DİN-in Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, dekabrın 7-də qadın yaşadığı evə doğru gedərkən naməlum şəxs yaxınlaşaraq onu kəsici-deşici alətlə hədələyib. Həmin şəxs bu yolla qadına məxsus 1300 manat dəyərində iki qızıl üzüyü və çantasındakı 50 manatını talayaraq hadisə yerindən qaçıb.

Əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və quldurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 55 yaşlı Zaman Bayramov polis əməkdaşları tərəfindən Tərtər rayonunda müəyyən edilərək saxlanılıb.

Aparılan araşdırmalarla saxlanılan şəxsin taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazasında satdığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости