İtkin düşən 38 yaşlı qadın axtarılır

Yanvarın 14-də Sumqayıt şəhəri ərazisində sağlamlıq imkanları məhdud olan 38 yaşlı Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bu barədə Day.Az-а Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.