https://news.day.az/azerinews/1810380.html Bu il neçə uşaq övladlığa veriləcək? - RƏSMİ 2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.

Bu il neçə uşaq övladlığa veriləcək? - RƏSMİ

Azərbaycanca, 19 января 2026 11:53 (UTC +04:00) 325
Bu il neçə uşaq övladlığa veriləcək?

2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.

Day.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, eyni zamanda bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:

"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости