https://news.day.az/azerinews/1815715.html Bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı oğlan öldü Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Day.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı oğlan öldü

Azərbaycanca, 12 февраля 2026 16:32 (UTC +04:00) 332
Bir ailənin 4 üzvü qidadan zəhərləndi

Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.

Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saaat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.

İlkin məlumata görə, ailənin zəhərlənməsinin səbəbinin konservləşdirilmiş tərəvəz məhsulu olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости