Meksikada “Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycanın sülh və regional rifaha aparan yolu” mövzusunda tədbir keçirilib

Matías Romero İnstitutunun rəhbərliyi və Azərbaycanın Meksikadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmiş görüşün ardınca, Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov tərəfindən 11 fevral tarixində "Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycanın sülh və regional rifaha aparan yolu" mövzusunda mühazirə keçirilmişdir.  

Day.Az xəbər verir ki, mühazirədə Azərbaycanın müstəqillik yolu, ümummilli lider, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpası, möhkəmləndirilməsi və inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edilib.

Eyni zamanda, müasir Azərbaycanın inkişaf mərhələsi, 44 günlük Vətən müharibəsi, ölkəmizin sülh gündəliyi, bölgədə formalaşmış yeni geosiyasi reallıqlar və əməkdaşlıq perspektivləri barədə fikirlər bölüşülüb və iştirakçıların sualları ətraflı cavablandırılıb.