https://news.day.az/azerinews/1819858.html Maşının qapısına "tələ" asıb qarət edirlər - Sürücülərə xəbərdarlıq Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtomobillərin qapı dəstəyinə, yəni sürücünün toxunacağı hissəyə müxtəlif əşyalar asmaq və daha sonra qarət etməkdir. Bəs bunu necə edirlər?

Maşının qapısına "tələ" asıb qarət edirlər - Sürücülərə xəbərdarlıq

Azərbaycanca, 4 марта 2026 09:24 (UTC +04:00) 320
Maşının qapısına "tələ" asıb qarət edirlər

Son vaxtlar qonşu ölkələrdə dələduzların yeni üsulu park edilmiş avtomobillərin qapı dəstəyinə, yəni sürücünün toxunacağı hissəyə müxtəlif əşyalar asmaq və daha sonra qarət etməkdir.

Bəs bunu necə edirlər?

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu üsulda qapı dəstəyinə asılan əşyanın üzərinə əvvəlcədən təsiredici, narahatedici maddə tökülür.

Şəxs həmin əşyaya toxunduqda maddənin təsirinə məruz qala və hətta huşunu itirə bilər. Yaxınlıqda başqa bir avtomobildə gözləyən dələduzlar isə bundan istifadə edərək avtomobili asanlıqla açıb qarət edə bilirlər.

 

Səlahiyyətli qurumlar xəbərdarlıq edir ki, avtomobilə yaxınlaşarkən qapı dəstəyində naməlum və ya şübhəli əşya gördükdə maşını açmadan ərazidən uzaqlaşmaq və hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости