Bakıda məşhur restoran söküləcək
Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək.
Day.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.
Bildirilir ki, "Xan Bağı" restoranın bir hissəsi "Azəriqaz" İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.
Məhkəmə "Azəriqaz" İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.
Qərara əsasən fiziki şəxs Qaybalıyev Namiq Xankişi oğluna məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.
Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре