https://news.day.az/azerinews/1820608.html 15 il həbs verilən gözdən əlil məhkumun cəzası azaldıldı Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib. Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib.

15 il həbs verilən gözdən əlil məhkumun cəzası azaldıldı

Azərbaycanca, 7 марта 2026 10:21 (UTC +04:00) 330
15 il həbs verilən gözdən əlil məhkumun

Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən, iki gözündən də əlil olan Qulu Abbasovun cəzası azaldılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.

Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib. 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости