https://news.day.az/azerinews/1820811.html
Tonqada zəlzələ baş verib
Tonqa Krallığının ən böyük adası olan Niuatoputapunun cənub sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Agentliyin məlumatına görə, zəlzələnin episentri Hihifo şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib.
Tonqada zəlzələ baş verib
Tonqa Krallığının ən böyük adası olan Niuatoputapunun cənub sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Agentliyin məlumatına görə, zəlzələnin episentri Hihifo şəhərindən 17 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı isə təxminən 116 kilometr dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumat verilməyib. Həmçinin sunami təhlükəsi elan olunmayıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре