https://news.day.az/azerinews/1826865.html Tovuz rayonunda valideynlər üç övladından imtina edib - RƏSMİ Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Tovuz rayonunda valideynlər üç övladından imtina edib - RƏSMİ

Azərbaycanca, 9 апреля 2026 15:52 (UTC +04:00) 357
Tovuz rayonunda valideynlər üç övladından imtina edib

Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib:

"Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости