Qızılda yeni yüksəliş SİQNALI: Qlobal banklardan diqqətçəkən

Qızıl bazarı qısa müddətdə təzyiq altında qala bilər, lakin orta və uzunmüddətli dövrdə yenidən yüksəliş trendinə girə bilər.

Day.Az xəbər verir ki, bu barədə qlobal maliyyə institutları olan ANZ və Goldman Sachs-ın qiymətləndirməsində qeyd edilib.

Analitiklər bu vəziyyəti əsasən geosiyasi gərginliklər və faiz siyasəti ilə əlaqələndirir.

Məlumata görə, son aylarda risklərin artması ilə qızıl uns qiyməti təxminən 5.500 dollar səviyyəsindən 10% geriləyib. Buna ABŞ istiqraz gəlirlərinin artması və dolların güclənməsi təsir göstərib.

ANZ və Goldman Sachs isə mərkəzi bankların mümkün faiz endirimləri və artan qızıl alışı fonunda qiymətlərin dəstək tapacağını proqnozlaşdırır.

Bankların orta və uzunmüddətli dövr üçün qızıl üzrə hədəfləri 5.400-5.800 dollar aralığında göstərilir.