https://news.day.az/azerinews/1827809.html Beynəlxalq axtarışla tutulan bölmə rəisinə - Hökm oxundu Beynəlxalq axtarışla Rusiyada tutulub Azərbaycana təhvil verilən "ZaminƏmlak" MMC-nin bölmə rəhbərinin məhkəməsi keçirilib. Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Abdullayev mütəşəkkil dəstə halında birləşərək 3 nəfərin ümumilikdə 50 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Beynəlxalq axtarışla tutulan bölmə rəisinə - Hökm oxundu

Azərbaycanca, 14 апреля 2026 13:57 (UTC +04:00) 304
Beynəlxalq axtarışla tutulan bölmə rəisinə

Beynəlxalq axtarışla Rusiyada tutulub Azərbaycana təhvil verilən "ZaminƏmlak" MMC-nin bölmə rəhbərinin məhkəməsi keçirilib.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Abdullayev mütəşəkkil dəstə halında birləşərək 3 nəfərin ümumilikdə 50 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

O, zərərçəkmiş şəxslərə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi haqda yalan vəd verib. Bu adla vətəndaşların birindən 30 min, birindən 20 min, digərindən isə 19 min 953 manat pul alıb.

Cinayət işi başlanan ərəfədə Z.Abdullayev ölkədən qaça bilib. Yalnız 1 il sonra Rusiyada tutularaq Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxs ittihama münasibətdə özünü təqsirli bilib. Zərərçəkmiş şəxslər isə onlara dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən şikayətçi olduqlarını deyiblər.

Hökmə əsasən, Z.Abdullayev 4 il 6 ay azadlıqdan məhrum edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости