https://news.day.az/azerinews/1828118.html Paytaxtın bu ərazilərində yol hərəkəti dəyişir - VİDEO Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.

Paytaxtın bu ərazilərində yol hərəkəti dəyişir - VİDEO

Azərbaycanca, 15 апреля 2026 18:08 (UTC +04:00) 304
Paytaxtın bu ərazilərində yol hərəkəti dəyişir

Paytaxtın Nəsimi rayonu, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi ilk dəfə svetoforlarla tənzimlənəcək.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinndən (NİİM) məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində də piyadaların təhlükəsizliyi təmin olunacaq. Artıq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən bu istiqamətdə işlərə başlanılıb.

 

7-si "L", 8-i "A" tipli olmaqla ümumilikdə 15 ədəd svetofor dirəyinin quraşdırılması işləri hazırda davam etdirilir.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində hərəkətin təşkilində edilən dəyişikliklə bağlıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости