https://news.day.az/azerinews/1828276.html 70 yaşlı kişi 2 şagirdə qarşı əxlaqsız hərəkətinə görə HƏBS OLUNDU Türkiyədə məktəbdə çalışan 70 yaşlı şəxs, 2 qız şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinərək həbs edilib. Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kocaelinin Çayırova rayonunda baş verib. İddiaya görə, məktəbin girişində çalışan bu şəxs 3-cü sinifdə oxuyan iki şagirdə qarşı yolverilməz davranış sərgiləyib.

70 yaşlı kişi 2 şagirdə qarşı əxlaqsız hərəkətinə görə HƏBS OLUNDU

Azərbaycanca, 16 апреля 2026 14:23 (UTC +04:00) 291
70 yaşlı kişi 2 şagirdə qarşı əxlaqsız hərəkətinə görə

Türkiyədə məktəbdə çalışan 70 yaşlı şəxs, 2 qız şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinərək həbs edilib.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kocaelinin Çayırova rayonunda baş verib.

İddiaya görə, məktəbin girişində çalışan bu şəxs 3-cü sinifdə oxuyan iki şagirdə qarşı yolverilməz davranış sərgiləyib.

Hadisə uşaqların baş verənləri ailələrinə danışmasından sonra üzə çıxıb. Valideynlərin müraciəti əsasında polis araşdırmaya başlayıb və məktəbin müşahidə kameralarının görüntüləri yoxlanılıb. Toplanan sübutlar əsasında şübhəli saxlanılıb.

Polisdəki prosedurlardan sonra Gebze Adliyesinə göndərilən şəxs məhkəmə qərarı ilə həbs edilərək istintaq təcridxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости