https://news.day.az/azerinews/1829358.html ABŞ ordusu İranla bağlı daha bir gəmini saxlayıb - VİDEO Amerikalı hərbçilər ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında olan sularda "Tifani" adlı tankeri ələ keçirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun "X" səhifəsində məlumat yayılıb.

ABŞ ordusu İranla bağlı daha bir gəmini saxlayıb - VİDEO

Azərbaycanca, 21 апреля 2026 16:23 (UTC +04:00) 285
ABŞ ordusu İranla bağlı daha bir gəmini saxlayıb

Amerikalı hərbçilər ABŞ silahlı qüvvələrinin Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında olan sularda "Tifani" adlı tankeri ələ keçirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun "X" səhifəsində məlumat yayılıb.

"Bu gecə ABŞ Silahlı Qüvvələri heç bir insident olmadan sanksiya altında olan, dövlət mənsubiyyəti göstərilməyən "M/T Tifani" tankerini saxlayıb, yoxlama aparıb və gəminin göyərtəsinə qalxıb",- deyə Pentaqonun "X" sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunub.

Qurum vurğulayıb ki, ABŞ hərbçiləri Vaşinqtonun qeyri-qanuni hesab etdiyi və İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости