https://news.day.az/azerinews/1833760.html Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Day.Az xəbər verir ki, mayın 10-u saat 17 radələrində 1989-cu il təvəllüdlü Aynur Alim qızı Səfərova yaşadığı Qaradağ rayonu Ələt qəsəbəsindəki evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb.

Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü

Azərbaycanca, 12 мая 2026 10:59 (UTC +04:00) 296
Bakıda faciəvi hadisə: 2 qadın pəncərədən yıxıldı, biri öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Day.Az xəbər verir ki, mayın 10-u saat 17 radələrində 1989-cu il təvəllüdlü Aynur Alim qızı Səfərova yaşadığı Qaradağ rayonu Ələt qəsəbəsindəki evin pəncərəsini silərkən ehtiyatsızlıqdan yıxılıb. Beşmərtəbəli binanın 4-cü mərtəbəsindən yıxılan qadın xəstəxanaya yerləşdirilsə də, vəfat edib.

Oxşar hadisə Nərimanov rayonunda qeydə alınıb. Mayın 11-i saat 12 radələrində 2005-ci il təvəllüdlü Nərmin Hikmət qızı Kərimova yaşadığı N.Nərimanov küçəsi ev 7 mənzil 11-in pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb.

Dördüncü mərtəbədən yıxılan 21 yaşlı Nərmin xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır./qafqazinfo

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости