Balqabaq yoxsa günəbaxan TUMU:

Həkimlər bildirirlər ki, həm balqabaq tumu, həm də günəbaxan tumu lif, zülal, maqnezium və sağlam yağlarla zəngindir.

Day.Az xəbər verir ki, balqabaq tumu lif, zülal və maqnezium baxımından bir qədər daha üstün sayılır. Bu da həzm sisteminə, toxluq hissinə və qan şəkərinin tənzimlənməsinə müsbət təsir göstərir.

Günəbaxan tumu da faydalıdır, lakin qida dəyərləri nisbətən bir az aşağıdır. Mütəxəssislər hər iki tumun gündə 30-50 qram miqdarında, ölçülü şəkildə qəbul edilməsini tövsiyə edirlər.