https://news.day.az/azerinews/1851547.html Praqalı Berta fon Zuttner avro əsginasında əks oluna bilər Avropa Mərkəzi Bankının gələcək avro əsginaslarının dizaynı ilə bağlı layihəsində Praqada doğulmuş Berta fon Zuttnerin təsvirinin istifadə olunması nəzərdən keçirilir.

Praqalı Berta fon Zuttner avro əsginasında əks oluna bilər

Azərbaycanca, 1 августа 2026 18:26 (UTC +04:00) 211
Praqalı Berta fon Zuttner avro əsginasında əks oluna bilər

Avropa Mərkəzi Bankının gələcək avro əsginaslarının dizaynı ilə bağlı layihəsində Praqada doğulmuş Berta fon Zuttnerin təsvirinin istifadə olunması nəzərdən keçirilir.

AZƏRTAC xəbər verir ki, yeni seriyanın əsas mövzularından biri Avropa mədəniyyəti və tarixinə töhfə vermiş görkəmli şəxsiyyətlərdir. 1843-cü ildə Praqada anadan olmuş Berta fon Zuttner yazıçı, publisist və sülh fəalı kimi tanınıb, 1905-ci ildə isə Nobel Sülh Mükafatına layiq görülən ilk qadın olub. Onun məşhur "Silahları yerə qoyun!" əsəri beynəlxalq sülh hərəkatının simvollarından sayılır. İctimaiyyət hazırda namizədlər barədə öz rəyini bildirə bilər. Yekun dizaynın 2026-cı ildə seçilməsi, yeni avro əsginaslarının isə sonrakı illərdə dövriyyəyə buraxılması planlaşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости