Afaq Aslanın evində şadyanalıq

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış azərbaycanlı müğənni, Afaq Aslan üçün özəl gün.

Day.Az-ın məlumatına görə, müğənni Afaq Aslanın doğum günüdür. 37 yaşı tamam olan müğənniyə saysız-hesabsız təbriklər gəlməkdə davam edir.

Sevilən müğənni sosial şəbəkədə, əlində gül dəstəsi olan yeni fotosunu paylaşaraq bunları yazıb: "Səhər açılandan mənə saysız hesabsız doğum günü təbrikləri gəlir. Burdan məni təbrik edən hərkəsə öz təşəkkürlərimi bildirirəm. Hər birinizin mesajlarınızı oxuyuram, amma hər birini ayrı-ayrılıqda cavablandıra bilmirəm. Çünki nəzərə alın ki, sizlər çoxsunuz, mən isə təkəm. Diqqətinizə və sevginizə görə var olasınız, əzizlərim. Hamınızı sevirəm". - deyə müğənni qeyd edib.

Xəyal Abdullayev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.