Polad əsəbli gənc internetdə məşhurlaşdı

Day.Az представляет новость на азербайджанском языке

"Tez ol! Tələs, tərpən!" Dükana soxulan quldur əlindəki tapançanı kassirin üzünə dirəmişdi. Qulaqcıqlarda mahnıya qulaq asan kassir isə gözlərinin önündəki tapança lüləsinə əsla fikir verməyirmiş kimi davranıb.

Milli.Az Fox 4 KC-yə istinadən bildirir ki, kassirin soyuqqanlı davranışı onu internetdə məşhurlaşdırıb. Bu gənci "polad əsəbli adam" adlandırırlar.

İnsident ABŞ-ın Missuri ştatındakı Kanzas-Siti şəhərində, "Jimmy Jones" sendviç dükanında yaşanıb.

3900 Broadway küçəsindəki bu dükana girən qaradərili quldur kassanı qarət etmək niyyətində idi.

O, əlindəki tapançanı kassirə yönəldib və onu qorxutmaq istəyib.

Kasssir isə sanki heç nə olmamış kimi davranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Polad əsəbli gənc internetdə məşhurlaşdı