"Qalatasaray" və "Fənərbağça" eyni futbolçuya görə üz-üzə

Day.Az представляет новость на азербайджанском языке

"Qalatasaray" rəhbərliyi qış transferi dövründə heyəti bir qədər də gücləndirmək niyyətindədir.

Day.Az goal.az-a istinadən xəbər verir ki, "cim-bom" müdafiənin sol cinahına

"Yuventus"un üzvü Kvadvo Asamoanı transfer etmək istəyir. 28 yaşlı qanalı futbolçunun "qoca sinyora" ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Türklər bu keçidi maksimum 1,5 milyon avro qarşılığında həyata keçirmək arzusundadılar. "Yuve" Asamoanı qışda buraxmasa, "Qalatasaray" sözügedən futbolçunu yayda heyətinə havayı qata bilər.   

 

Asamoanın da Türkiyəyə köçməyə razı olduğu bildirilir. Digər maraqlı məqam isə "Qalatasaray"ın əsas rəqibi "Fənərbağça"nin də futbolçuya göz qoymasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.