Əməkdar artist: "Qızım oxumur, salonda işləmək istəyir"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Naibə Allahverdiyeva qızı ilə bağlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Günə davam" verilişində deyib ki, övladına heç vaxt bu sənətə gəlməyə icazə verməz:

"Yox, lazım deyil bu sənət, istəmirəm. Qızımı tərcüməçi görmək istəyirəm, o da olmur. Deyirəm, yaxşı oxusun, ingilis, fransız və rus dilini öyrənsin. Bu üç dili bilir, istəyirəm lap dərindən öyrənsin. Tənbəldir qızım. Mən onu oxutmaq üçün nə zülmlər çəkdim. 

 

Əvvəl stilist olmaq istəyirdi. Gözəl paltarlar tikirdi, qabiliyyəti var. Onu tərcüməçiliyə yönəltdim. Ali savad almasını istədim. Deyir, apar məni salona dırnaq qaynağı, saç düzəltməyi öyrətsinlər. Başını aldatmışam ki, oxu, bitirəndən sonra bir salon götürüb işlədərik. Bunları bilsə məni öldürəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.