Sosial yardım alanların sayı artır

Day.Az представляет новость на азербайджанском языке

İşsizliyə görə sosial yardım alanların siyahısı genişləndirilir.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, ünvanlı dövlət sosial yardım haqqında qanuna dəyişikliklər təklif olunub.
Mövzu ilə bağlı məlumat verən millət vəkili Hadı Rəcəbli deyib ki, müəyyən səbəblərdən iş yerini itirənlərin sosial yardım alması asanlaşır.
Bu qrupa həmçinin ailə üzvlərinin əmək qabiliyyətsiz olması, yaxud da əmək qabiliyyətli üzvünün vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi də aiddir. Bu hüquqa hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr də malik olacaqlar.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sosial yardım alanların siyahısı genişləndirilir