https://news.day.az/azerinews_economy/1230292.html
Mərkəzi Bank tədiyə balansı üzrə proqnozu açıqlayıb
Mərkəzi Bankın proqnozlarına əsasən Azərbaycan tədiyə balansının kəsiri ölkənin ümumi daxili məhsulunun 3 faizinədək təşkil edəcək. Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, 2020-ci ildə idxal və ixracın azalması gözlənilir.
Mərkəzi Bank tədiyə balansı üzrə proqnozu açıqlayıb

Mərkəzi Bankın proqnozlarına əsasən Azərbaycan tədiyə balansının kəsiri ölkənin ümumi daxili məhsulunun 3 faizinədək təşkil edəcək.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2020-ci ildə idxal və ixracın azalması gözlənilir. Bununla əlaqədar olaraq Mərkəzi Bank kommersiya banklarına ölkə üçün sosial əhəmiyyət daşıyan məhsulların, tibb vasitələri və ərzaq məhsullarının idxalını dəstəkləməyi tövsiyə edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре