Namiq Qaraçuxurluya narkotik ittihamı

Day.Az представляет новость на азербайджанском языке.
Gecce.az xəbər verir ki,sənətçinin prodüseri Ataş "Düzünü desək" verilişində qonaq olub.O,Namiqin narkoman olması ilə bağlı yayılan şayiələrə belə aydınlıq gətirib:
"Şərin əsas qaynaq yeri şou-biznesdədi. Bu biznesin xəmiri şərlə yoğrulub. Heyvanın etmədiyini bunlar edir. Bunları yandırır ki, niyə Namiq Qaraçuxurlu "Rəvayət" klipi ilə bir gecədə populyar oldu. Aygünlə Namiqin bir olmasına razı olmadılar. Namiq bu sənətə gələndən onunla çalışıram. Ona çox şərlər atılıb. 2003-cü ildə biz ən böyük şərə düşdük. Namiq boğazından əməliyyat olunmuşdu. Jurnalisti biri götürüb yazmışdı ki, "Namiq Qaraçuxurlu narkotik qəbul edir və buna görə xəstəxanada yatır". Bu mənim şəxsiyyətimə təsir etdi. Namiqi çox yaxşı tanıyıram, bunu etməz. O jurnalisti tapıb, görüşdüm. Yalan yazdığını ona təsdiqlətdim. Götürüb doğru xəbər olmadıqını yazıb, təsdiqlədi".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре