Bakıda mənzilləri qorumaq neçəyədir? - QİYMƏTLƏR

Day.Az представляет вниманию читателей новость на азербайджанском языке.
Mənzildə quraşdırılan siqnalizasiya sistemlərinin qiyməti və mühafizə haqqını Milli.Az öyrənib.
İndiki dövrdə imkanlı olmaq asandır, lakin onu qoruyub saxlamaq elə də asan deyil. Şəhərin mərkəzində prestijli ev almaq olar, lakin etibarlı qıfıllar belə, mülkünüzün qorunub saxlanılmasına təminat vermir.
Bəs var-dövlətimizi cinayətkardan qorumaq üçün nə etməli?
Ekspertlər insanların mənzillərinin qorunması üçün mühafizə xidmətinə müraciət etməməsini maddi vəziyyətləri ilə əlaqələndirirlər. Sabiq polis rəisi Mahmud Hacıyev Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, heç kim ömrü boyu yığıb-topladığı maddi sərvətinin yağmalanmasını istəməz. Onun sözlərinə görə, Bakı şəhərində mənzil oğurluğu tez-tez baş verir. Eyni zamanda, mənzil oğurluğu, açılması çətinlik törədən cinayətlərdəndir.
İmkanlı şəxslər özləri üçün özəl mühafizə tutur
Sabiq polis rəisi hesab edir ki, vətəndaşlar maddi sərvətini qorumaq üçün mühafizə xidməti ilə müqavilə bağlaya bilər: "Ancaq müqavilə bağlamaq, siqnalizasiya quraşdırmaq maddi vəsait tələb edir. Vətəndaşın maddi imkanı yol versə, mülkiyyətini mühafizə etdirər. İmkanlı şəxslər mühafizə orqanlarına müraciət etmir, özlərinin bağ və şəhərətrafı evlərində xüsusi mühafizəçi tuturlar. Amma elə insanlar da var ki, mənzil oğurluğuna məruz qalır, maddi ziyan çəkir, amma maddi durumu mühafizə işini təşkil etməyə imkan vermir".
Niyə 2 min manata mənzildə kombi sistemi quraşdırırıq, amma siqnalizasiya təşkil etmirik?
M.Hacıyev insanların hüquqi maarifləndirilməsinin zəif olmasını da vacib amil sayır: "Maarifəndirmə güclü olmalıdır, insanların zehninə hopmaldıır ki, ömrü boyu topladığını bir anda itirə bilər. Bu işdə ilk təşəbbüskar hüquq-mühafizə orqanları, konkret halda isə Daxili İşlər Nazirliyi olmalıdır. Çünki mənzil oğurluğu cinayətlərinin açılmasında onlar əziyyət çəkir. Şikayətçilər cinayətkarın tapılmasını onlardan tələb edir. Hüquq-mühafizə orqanları kütləvi informasiya vasitələrinin əməyindən istifadə etməlidir. Mühafizə sisteminə qoşulma mütləq qaydada cinayətlərin azalmasına və açılmasına təsir edər".
Ölkədə mühafizə olunan mənzillərin sayı nə qədərdir?
Daxili İşlər Nazirliyinin Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, vətəndaşların şəxsi əmlakının, mənzillərinin mühafizəsi üçün mənzillərdə, qarajlarda siqnalizasiya sistemlərinin quraşdırılması vacibdir. Baş Mühafizə İdarəsinin sturukturuna daxil olan Mərkəzləşdirilmiş Mühafizə Məntəqələri fəaliyyət göstərən yaşayış məntəqələrində telefonlu və telefonsuz mənzilləri və ya digər əmlak saxlanılan yerləri siqnalizasiya sistemlərinin köməyi ilə qarşılıqlı müqavilə əsasında qoruyur. Bu üsulla vətəndaşların əmlakına yönəldilmiş cinayət qəsdlərinin qarşısını almaq mümkündür.
Siqnalizasiya sistemləri ilə təchiz edilib, Kompyüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə (KMMM) qoşulmuş mənzillərin sayı hazırda 900-ə yaxındır. Bu rəqəm qonşu Rusiya ilə müqayisədə xeyli azdır.
Mənzillərin mühafizəsi və siqnalizasiya sistemlərinin quraşdırılması haqqları üzrə hər il smetalar tərtib olunur.
Hazırda Bakı şəhərində mənzildə quraşdırılan siqnalizasiya sistemlərinin qiymətləri aşağıdakı kimidir:
1 otaqlı mənzil üçün:
Nəzarət paneli 80 manat
Hərəkət detektoru ən azı 2 ədəd 2x16 32 manat
"Standart" tipli radioötürücü 130 manat
Əlavə qida mənbəyi (akummulyator) 20 manat
Kabel və aksesuarlar 18 manat
Quraşdırma xərci 20 manat
Cəmi: ən azı 300 manat
2 otaqlı mənzil üçün
Nəzarət paneli 80 manat
Hərəkət detektoru ən azı 3 ədəd 3x16 32 manat
"Standart" tipli radioötürücü 130 manat
Əlavə qida mənbəyi (akummulyator) 20 manat
Kabel və aksesuarlar 32 manat
Quraşdırma xərci 40 manat
Cəmi: ən azı 350 manat
İdarədən bildirildi ki, bu qiymət mülkiyyətçinin istəyinə uyğun olaraq arta və azala bilər. Cədvəldə göstərilən qiymət sadə blakirovkadı. Elə şəxs var ki, sadə blokirovka ilə kifayətlənmir, belə olan halda qiymət arta bilər. Digər tərəfdən otaqların sayı artıq olduqda, hərəkətə qarşı detektorların sayı, kabelin miqdarı və quraşdırma xərci artır.
Aylıq mühafizə haqqı Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin 05 iyul 2008-ci il tarixli 171 nömrəli əmrinə əsasən müəyynləşdirlir. "Mülkiyyətçi" əmlakını 1000 manat dəyərində qiymətləndirərsə, aylıq mühafizə haqqı 12 manat + ƏDV 18 % = 14 manat 16 qəp. təşkil edir. Əmlakın dəyəri 1000 manatdan yuxarı olduqda, 12 manat + 1000 manatdan artıq dəyərinin 1%-i + ƏDV 18 % aylıq mühafizə haqqı kimi hesablanır.
Mühafizə olunan əmlaka qiyməti obyektin sahibi qoyur. Baş Mühafizə İdarəsi qoruduğu obyekltərdə baş vermiş ziyana görə maddi məsuliyət daşıyırıq. Əgər mühafizə olunan obyektə ziyan dəyərsə, onu ödəməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре