"Maserati" Bakıda yanan maşınını araşdıracaq - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Ötən həftə Bakıda qəzadan sonra alovlanaraq tamamilə yanan dəbdəbəli sportkar "Maserati Quattroporte GTS Burns" elit avtomobillər üzrə ixtisaslaşmış qlobal gtspirit.com saytının diqqətini cəlb edib.

Virtualaz.org saytının xəbərinə görə, sayt yanan avtomobilin fotolarını dərc edərək yazır: "Yeni "Maserati Quattroporte" ötən həftə sonu Azərbaycanda tamamilə yanıb. Dörd qapılı sedan şənbə günü Bakının mərkəzində yanıb, ancaq insident zamanı heç kim xəsarət almayıb.

İnsident barədə az informasiya var, məlum olan təkcə odur ki, avtomobil Bakı sakini Rüfət Abdullayevə məxsus olub.

Fotoşəkillərdən görünür ki, avtomobil "Maserati Quattroporte GTS"dir və Azərbaycana ən yeni gətirilmiş "Quattroporte"dur.

Tamamilə mümkündür ki, avtomobil qəsdən yandırılıb. Əks halda izahı mümkün olmayan mexaniki zədə, yaxud digər mümkün ehtimallar nəzərdən keçirilməlidir. Qəribə olanı odur ki, avtomobil bu cür dəhşətli mexaniki zərbədən dağılıb və biz əminik ki, "Maserati" şirkəti insidenti bütünlüklə araşdıracaq.

Avtomobil o dərəcədə dağılıb ki, demək olar, tanınmaz haldadır. Bundan əlavə, yanğının hansı hissədə başladığını dəqiqləşdirmək çətindir. Motor bölməsi olduqca ağır vəziyyətdədir və interyer tamamilə darmadağın olub".

Virtualaz.org saytı xəbər vermişdi ki, yanan "Maserati"nin sahibinin atası milyarder, "Baghlan Group" şirkətinin prezidenti Hafiz Məmmədovun biznes ortaqlarından biridir. Avtomobili idarə edən Rüfət Abdullayevin çox gənc olduğu və yanğın başlayan kimi avtomobili heç söndürməyə cəhd də etmədən düşüb uzaqlaşdığı bildirilir.

Polisin məlumatına görə, avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yol kənarındakı maneəyə dəyərək alovlanıb. Bu, zəngin oliqarx balalarının son vaxtlar superkarlarda şütüyərək törətdikləri səs-küylü insidentlərdən biridir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.