https://news.day.az/azerinews/753946.html
Parkda gəzən 19 yaşlı gənci 8 nəfər vəhşicəsinə döydü
Parkda gəzən 19 yaşlı gənci 8 nəfər vəhşicəsinə döydü

Day.Az представляет новость на азербайджанском языке
Bakının Yasamal rayonunda kütləvi dava olub.
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun N.Hikmət küçəsi, 29/34 ünvanındakı parkda qeydə alınıb. Parkda gəzişən Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elnur Məmmədova 7-8 nəfər gənc hücum edib. Hücum edən şəxslər Elnur Məmmədovu döyərək, bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetiriblər. Hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilir.
Hazırda Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре