Dövlətlərin gizlətdiyi nüvə qəzaları - ARAŞDIRMA

Day.Az представляет новость на азербайджанском языке:
Artıq yarım əsrdən artıqdır ki, insanlar nüvə enerjisini ram etməyə çalışırlar. Bu qüvvə yanacaqla, istiliklə bağlı bütün problemlərimizi həll edə və hətta digər planetləri mənimsəmək imkanı verə bilər.
Milli.Az faktxeber.com-a istinadən bildirir ki, ancaq nüvə sintezinin arxasında duran təhlükə hələ o qədər böyükdür ki, uzunmüddətli perspektivlər barədə danışmaq hələ çox tezdir. Hər bir nüvə qəzası - nəticəsi illərlə sürən fəlakətlərə səbəb olur.
Yaslovske - Boqunise, Çexoslovakiya
Boqunise stansiyasında olan eksperimental reaktor Çexoslovakiyadan əldə olunan uranla işləyirdi. İstimar zamanı burada 30 qəza baş vermişdi ki, bunların hamısı Sovet hökuməti tərəfindən gizlədilib. Ən böyük rezonans isə 1977-ci ilin fevral ayının 22-də baş vermişdi: fəhlə reaktorun gücünü tənzimləyən özəyi çıxartmışdı ki, bu da radiasiya sızmasına səbəb olmuşdu. Nəticələr barədə bu günə qədər heç bir söz deyilməyib.
Qoyaniya, Braziliya
Bu faciə insan faktoru ilə əlaqədar baş verib. Köhnə müəssisədən köçən Radioterapiya İnstitutu hələ də xlorid seziumla yoluxan qurğunu orda qoyur.
Oğrular isə qəribə apparatı oradan oğurlayaraq, yaxınlıqdakı zibilxanaya satır. Parıldayan maddə buranın sahibinin diqqətini çəkir. O dostlarını və qohumlarını bu qəribə əşayaya baxmağa çağırır. Burada yüksək dozada radiasiya alan tanışlar heç nədər xəbərsiz halda bütün şəhərə yayılırlar və qarşılarına çıxanı yoluxdururlar. Ümumilikdə radiasiyaya yoluxanların sayı 250 nəfəri ötür...
Kıştım, Rusiya
"Mayak" kimyəvi kombinatı radioaktiv tullantıların zibilxanasına çevrilir. Soducu sistemdə nasazlıq partlayışla nəticələnir: Yağıntı 500 kv.km ərazini əhatə edir. 10 min insan evakuasiya olunur. Partlayışın ilk həftəsində 300 insan həyatını itirir. Bu hadisə SSRİ tərəfindən 1990-cı ilə kimi sirr olaraq saxlanılır.
Uindskeyl, İngiltərə
Uindskeyldəki reaktor pluton istehsalı üçün nəzərdə tutulmuşdu, lakin sonra hökumət ondan tritium istehsalı üçün istifadə etmək qərarına gəlir. Lakin tritium üçün reaktorun daha yüksək istiliyi lazım idi, halbuki, reaktor belə yüklənməyə hazır deyildi. 1957-ci ilin nolyabrın 10-da başlayan yanğın söndürülür, su isə birbaşa çaya axıdılır. Bir neçə il ərzində bu yerlərdə xərçəng xəstəliyi sürətlə yayılmağa başlayır, nəticədə 300 insan həyatını itirir.
SL-1, ABŞ
ABŞ olan tək-tük raektorlardan biri Aydaho ştatında quraşdırılır. 1961-ci ilin 3 yanvarında reaktor partlayır və 5 nəfər elə hadisə yeridə həyatını itirir. Hökumətin dərhal işə keçməsi atmosferə nüvə tullantılarının atılmasının maksimum qarşısını alır, dinc sakinlər zərər çəkmir. Hadisənin özü barədə isə lap bu yaxınlarda məlum olub.
North Star Bay, Qrelandiya
Soyuq müharibə dövründə ABŞ həmin dövrün ən gizlin təhlükəli əməliyyatına başlayır. "Xrom günbəz" proqramına əsasən, havada hər an SSRİ-yə zərbə endirə biləcək B-52 strateji bombardmançısı olur.
1969-cu ilin yanvarın 21-də göyərtəsində 4 hidrogen bomba olan B-52-lərdən biri havada alışır. Komanda Qrelandiyada Tula Aviabazasına uçuş zamanı yanan təyyarəni tərk edir. Yerlə çarpışan zamanı nüvə silahlar partlayır və bu ətraf mühitin çirklənməsi ilə nəticələnir. "Xrom günbəz" proqramı dərhal bağlanır və məxfiləşdirilir.
Yukka-Flet, ABŞ
Las-Veqasla 1 saatlıq məsafədə yerləşən Yukka Flet meydanında amerikalılar hələ də nüvə sınaqları həyata keçirirlər. 1970-ci ilin 18 dekabrında yerin 300 metr dərinliyinə basdırılmış 10 kilotonluq bomba vaxtından əvvəl işə düşür. Üst təbəqəni radioaktiv tullantılardan qoruyan beton piltə çatlayır və orda olan 86 nəfər o qədər şüalanır ki, növbəti həftə hamısı vəfat edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре