Şəkillərinizə az "like" gəlsə.... - "paylaşma" xəstəliyinin göstəricisi

Day.Az представляет новость на азербайджанском языке

Əgər hər anınızı qeyd edir, onları paylaşmaq üçün can atırsınızsa ehtiyatlı olun.

big.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloqların fikirlərinə görə, bütün bu hallar "paylaşma" xəstəliyinin göstəricisidir.

Müasir dövr və müasir texnikalar həyatımızı nə qədər asanlaşdırsa da, gətirdiyi problemlər də az deyil. Mobil telefonlarımızla hər anımızın şəklini çəkir, hər şeyə fikir bildirir və reaksiya gəlmədikdə depresiyaya düşürük. Bu vəziyyət isə psixoloqların fikrincə heç də normal deyil. Çünki bu hərəkətlər sizin özünüzə inanmadığınızı, bəyənilmə həvəsinizi ortaya çıxarır. Paylaşımlarınıza çox bəyənmə gəlməsi isə bilavasitə özünü bəyənmişliyə və ya narsizmə gətirib çıxarır.

Paylaşma xəstəliyinə tutulan insanlar özünə güvəni az olan insanlardır. Onlar daha çox şəkil və fikir paylaşaraq özlərinə sevgi yaratmağa, özlərini sübut etməyə çalışırlar. Lakin sosisal şəbəkədə yaranan özünə inam real həyatda özünü doğrultmayanda ciddi fəsadlar törədə bilər.

Psixoloqlar bildirir ki, yaradılan sevgi uzun müddətli olmayanda, "bəyənmə"lərdə azalma müşahidə olunanda, bu insanlar depresiyaya düşür, aqressivləşir və hətta intihar həddinə belə gəlib çatır.

Bu xəstəliyin müalicəsi isə özünüzün əlindədir. Social şəbəkələrə daha az, dostlarınıza və ailənizə daha çox vaxt ayıraraq bu xəstəlikdən qurtula bilərsiniz.

Unutmayın ki, internet nə qədər parıltılı olsa da real münasibət qədər doğma ola bilməz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.