Belə də dayanacaq olar? - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
"Ulduz" metrostansiyasının çıxışındakı dayanacaqda arzuolunmaz mənzərə hökm sürür. Taksi sürücüləri avtomobillərini avtobusların yerində saxladıqlarından avtobuslar on metrlərlə uzaqda dayanmalı olurlar. Bu isə vətəndaşların narazılığına səbəb olur.
Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, dayanacaq kənarda qalıb, avtobuslar isə son dayanacaqları olan bu yerdən on metrlərlə kənarda dayanır. Görüntülər metronun "Ulduz" stansiyasının çıxışındakı avtobus dayanacağındandır. Avtobusların, önündə dayandığı kafelərin qarşısının da zibilli və üfunətli olması vəziyyəti daha da acınacaqlı edir. Bu da orada avtobus gözləməyə məcbur olan sərnişinləri, xüsusilə də qadınları narahat edir.
Avtobus dayanacağının yerini tutan taksi sürücüləri taksi dayanacağı olmadığı üçün avtobusların yerində dayandıqlarını deyirlər. Avtobus sürücüləri isə taksilərin onların yerini tutduğu üçün kənarda dayanmağa məcbur olduqlarını deyirlər.
Nəticə bundan ibarətdir ki, ərazidəki vəziyyət həm avtobus sürücülərini, həm də vətəndaşları narahat edir. Buna görə yəqin ki, aidiyyatı qurumlar qısa zamanda burda yaranan vəziyyətə müdaxilə edərək problemi aradan qaldıracaqlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

