"Barselona" "Real"a çatdı

Day.Az представляет новость на азербайджанском языке
İspaniya Kral Kubokunda "Atletiko"nu (2:1, 1:1) mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanan "Barselona" əzəli rəqibi "Real"ın rekordunu təkrarlayıb.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 39-cu dəfə finala yüksəlməklə "kral klubu"na çatıb.
Ancaq fərq ondadı ki, "Real" 39 finalın 19-da qalib gəlibsə, "Barselona" 38 həlledici görüşün 28-də kuboku muzeyinə apara bilib.
Digər tərəfdən son 8 ildə 6-cı dəfə finala adlayan "Barsa" həm də ardıcıl 4-cü final matçına çıxacaq. Komanda finalda qalib gələrsə, İspaniya Kral Kubokunu ardıcıl 3-cü dəfə qazanmış olacaq.
Qeyd edək ki, İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin digər cütlüyündə "Alaves"lə "Selta" bu gün üz-üzə gələcək. İlk matçda qolsuz bərabərlik qeydə alınıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре