İspaniya yığmasının baş məşqçisi müəyyənləşdi

Day.Az представляет новость на азербайджанском языке

İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq.

Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq.

Fernando Yerronun göndərilməsindən sonra Kike Sançes Flores, Miçel və Viktor Sançesin adı İspaniya millisi ilə hallanırdı.

Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.