Cənubi və Şimali Koreya Bakıda cüdo üzrə dünya çempionatında birgə komanda ilə çıxış edəcək

Day.Az представляет новость на азербайджанском языке
Cənubi və Şimali Koreya Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatında qarışıq komandaların yarışında iştirak üçün birgə komanda yaradır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Koreya Cüdo Assosiasiyası bəyanat yayıb.
Qeyd olunur ki, Şimali Koreyadan olan 4 kişi və 3 qadın cüdoçu cənubi koreyalı həmkarları ilə birgə çempionatın son günü baş tutacaq qarışıq komandaların yarışında iştirak edəcək.
Birgə komanda Koreya yarımadasının təsvir olunduğu bayraq altında iştirak edəcək.
Kişi və qadın komandaların yarışlarında isə Cənubi Koreya və Şimali Koerya ayrı-ayrı komandalarla iştirak edəcək.
Qeyd edək ki, cüdo üzrə 32-ci dünya çempionatı sentyabrın 20-27-də Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре