Orijinal məhsulu saxtadan ayırmaq mümkün olacaq - Azərbaycanlı startapçılardan yenilik - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Hər hansı məhsulun saxta olub-olmadığını müəyyənləşdirmək asanlaşacaq. Bu, azərbaycanlı startapçıların ərsəyə gətirdikləri yeni sistem sayəsində mümkün olacaq.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət "İQREX"- ağıllı nəzarət sistemindən gedir. İntellektual sistem QR kod vasitəsilə orijinal məhsulu asanlıqla saxtasından ayıra bilir.
İQREX-in istifadəsi də rahat olacaq. Layihə müəllifləri məhsulun üzərindəki kodun oxunması üçün xüsusi mobil tətbiq yaradıblar. İstehsalçı həmin tətbiqi mobil telefonuna yükləyərək sistemdə qeydiyyatdan keçməli və məhsulları üçün xüsusi "İQREX" etiketi əldə etməlidir. Hər bir etiketə isə sistemdə unikal və bir dəfə oxuna biləcək kod tətbiq olunur. Bu isə o deməkdir ki, kodu bir malın üzərindən çıxarıb digərinə vurmaq mümkün olmayacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре