https://news.day.az/azerinews/1765016.html
Türkiyədə bütün heyvan bazarları bağlandı
Türkiyədə dabaq xəstəliyinin sürətlə yayılması səbəbilə bütün heyvandarlıq bazarlarının fəaliyyətinin dayandırılmasına qərar verilib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida Nəzarəti Baş İdarəsi tərəfindən 81 vilayətə təcili xəbərdarlıq məktubu göndərilib.
Türkiyədə bütün heyvan bazarları bağlandı

Türkiyədə dabaq xəstəliyinin sürətlə yayılması səbəbilə bütün heyvandarlıq bazarlarının fəaliyyətinin dayandırılmasına qərar verilib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida Nəzarəti Baş İdarəsi tərəfindən 81 vilayətə təcili xəbərdarlıq məktubu göndərilib.
Məktubda Qurban bayramından sonra yoluxma hallarının artdığı, bəzi bölgələrdə karantin tətbiq olunduğu və heyvanların hərəkətinin xəstəliyin yayılmasını sürətləndirdiyi qeyd edilib. Bildirilib ki, heyvanların qısa müddətdə tam peyvəndlənməsi mümkün deyil.
Qurum bütün ticarət məntəqələrinin dərhal və növbəti göstərişədək bağlanmasını tələb edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре