Bu avtobusların idxalı üçün yeni gömrük rüsumu müəyyənləşdi

Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış olan elektrik mühərriklə hərəkətə gətirilən avtobusların hər ədədi üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşib.