"BYD"nin planları suya düşdü - Gözlənilməz qərar

Çinli elektrikli avtomobil nəhəngi BYD bu il üçün satış proqnozunu 4,6 milyon avtomobilə endirib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu, əvvəlki plana nisbətən təxminən 16 faiz azalma deməkdir.
Mütəxəssislər bildirirlər ki, bu qərar şirkətin son beş ilin ən yavaş illik artımı ilə üzləşdiyini göstərir və rekord səviyyəli genişlənmə dövrünün sona çata biləcəyinə işarə edir.
Yəni, BYD əvvəl düşündüyü qədər çox maşın sata bilməyəcəyini görüb və hədəflərini aşağı salıb.
Mart ayında BYD analistlərə 2025-ci ildə 5,5 milyon avtomobil satmağı hədəflədiyini açıqlamışdı. Lakin mənbələrin sözlərinə görə, son aylarda şirkət daxilində bu rəqəm bir neçə dəfə aşağı salınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре